Xəbər lenti
15-09-2026, 17:52
 

Müstəqim Məmmədov xəstəxanada müalicə olunan şəhid anasını ziyarət edib Fotolar + Yenilənib

Tarix: 14-04-2026 15:10     Baxış: 1 225

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Mahir Əsədovun anası Əsədova Zelimə Fərman qızını müalicə aldığı Tərtər rayon mərkəzi xəstəxanasında ziyarət edib. Şəhid anasının səhhəti və müalicə prosesi ilə yaxından maraqlanıb.

Mubarizciler.az xəbər verir ki, Əsədov Mahir Yelmar oğlu 1976-cı il yanvar ayının 15-də Tərtər rayonunda anadan olub. 1992-ci ildə şəhər 1 nömrəli məktəbi bitirib. Qarabağ savaşı başlanan zaman könüllü olaraq milli orduya yazılanlardan biri də Mahir olub. Çox ağır və şərəfli döyüş yolu keçmişdir. 1993-cü ildə Haterk istiqamətində döyüş zamanı yoldaşları ilə birgə mühasirəyə düşür, hər iki ayağını don vurur. Lakin qospitalda müalicəsini tamamlayan kimi yenidən "20 Yanvar" batalyonunun tərkibində döyüşlərə qatılır. Həmin ilin iyul ayının 22-də Ağdərə rayonunda artilleriya atəşindən şəhid olmuşdur. Tərtər şəhər qəbiristanlığında dəfn olunub. Yaşadığı küçə onun adını daşıyır.

Şəhid anası ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar