Xəbər lenti
15-09-2026, 17:52
 

Rəhman Əşrəfov Sabunçu polisi tərəfindən saxlanıldı Foto

Tarix: 12-04-2026 13:47     Baxış: 1 113

Qohumunun evindən 320 min manat oğurlayan şəxs həbs edilib.

Mubarizciler.az DİN Mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu rayonunda evlərdən birində seyfdə saxlanılan 320 000 manat pul vəsaitinin oğurlanması barədə zərərçəkmiş şəxsin polisə müraciəti daxil olub.

Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, 32 yaşlı paytaxt sakini Rəhman Əşrəfov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Əşrəfova qeyd edilən maddə ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə R.Əşrəfovun barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar