Xəbər lenti

Naftalanda Şəhid Vaqif Bayramovun xatirəsi anılıb Fotolar + Yenilənib

Tarix: 11-04-2026 15:20     Baxış: 1 001

Aprel döyüşləri zamanı şəhid olmuş mayor Vaqif Bayramovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Naftalan ŞİH başçısının müavini və məsul əməkdaşları, Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, Şəhidin oxuduğu məktəbin kollektivi və şagirdlər iştirak ediblər.

Anım mərasimi çərçivəsində iştirakçılar Şəhid Vaqif Bayramovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. 

Tədbir şəhidin təhsil aldığı şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə “Apreldə doğan ümid” adlı ədəbi-bədii proqramla davam etdirilib. Dövlət Himni səsləndirilib, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəblilərin ifasında ədəbi bədii kompozisiyalar dinlənilib.

Vurğulanıb ki, Aprel döyüşlərində qazanılan uğurlar sonrakı dövrdə əldə edilən möhtəşəm Zəfərin əsasını təşkil edib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

Həmçinin Aprel döyüşlərində ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs edən videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, Vaqif Bayramovun qardaşı Mehman Bayramov Birinci Qarabağ müharibəsində şəhid olub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar