Xəbər lenti

İcra başçısı Vüsal Şirinovu vəzifəyə təyin edib Foto

Tarix: 11-04-2026 00:02     Baxış: 938

Vüsal Şirinov Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Yeni Xocavənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin katibi-katib vəzifəsinə təyin edilib.

Bununla bağlı Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Sərəncam imzalıyıb.

Mubarizciler.az xəbər verir ki, Xocavənd rayon Qaradağlı kənd sakini, Vüsal Şirinov 07 avqust 2000-ci il tarixində anadan olub. 2006-ci ildə birinci sinifə daxil olub və 2017-ci ildə Xocavənd 4 saylı tam orta məktəbdən məzun olub. 2017-2021-ci illərdə Sumqayıt Dövlət Universietində Menecment ixtisası üzrə təhsil alıb.

Vüsal Şirinov Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə  23 sentyabr 2024-cü il tarixində elan edilən müsabiqənin müsahibə mərhələsindən 4 fevral 2025-ci il tarixində müvəffəqiyyətlə keçib və ehtiyat kadrlar siyahısına daxil edilib. Müvafiq vəzifə vakant olduğu üçün Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Yeni Xocavənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin katibi-katib vəzifəsinə təyin edilib. 

Vüsal Şirinovu təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar