Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboy və Daşkəsəndə narkomaniyaya qarşı maarifləndirici tədbirlər keçirilib Fotolar

Tarix: 10-04-2026 18:05     Baxış: 1 155

Goranboy və Daşkəsən rayonlarında narkomaniyaya qarşı mübarizə və erkən nikahın fəsadları mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Şəfəq və Qarqucaq tam orta məktəblərində keçirilən görüşlərdə polis əməkdaşları çıxış edərək narkomaniyanın cəmiyyət və insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, eləcə də erkən nikahın mənfi nəticələrindən danışıblar. Şagirdlərə bu mövzularla bağlı ətraflı məlumat verilib, sağlam həyat tərzinin əhəmiyyəti vurğulanıb.

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları isə rayonun Bayan kəndində məktəblilərlə görüş keçiriblər. Tədbirdə çıxış edən polis əməkdaşları narkomaniyanın fəsadları barədə geniş məlumat verərək, onları bu kimi zərərli vərdişlərdən uzaq durmağa çağırıblar.

Sonda şagirdləri maraqlandıran suallar polis əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar