Xəbər lenti

Dövlət Gömrük Komitəsinin sədri Göygöl rayonunda vətəndaşları qəbul edib Fotolar

Tarix: 10-04-2026 15:28     Baxış: 1 183

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.

Mubarizciler.az xəbər verir ki, aprelin 10-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Göygöl rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbuldan öncə DGK sədri və RİH-nin başçısı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstəsi qoyaraq Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.  

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Göygöl, Samux, Daşkəsən, Şəmkir, Gədəbəy rayonları və Gəncə şəhərinin sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar