Xəbər lenti

Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü İsmayılbəyli kəndində keçirilib Fotolar + Yenilənib

Tarix: 09-04-2026 16:03     Baxış: 987

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

 Mubarizciler.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü İsmayılbəyli kənd İƏD üzrə nümayəndəliyin İsmayılbəyli kəndində keçirilib.

 Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qəbulda YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin İsmayılbəyli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur. Qeyd olunub ki, İsmayılbəyli kəndinin 1220 hektar ərazisi, 388 təsərrüfatı, 1688 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 8 ticarət obyekti, 3 iaşə obyekti, 15 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 579 baş iribuynuzlu, 825 baş xırdabuynuzlu heyvan, 5875 baş quş və 30 arı ailəsi saxlayırlar.

Son üç ildə Kəngərli kəndində su arxları 8000 m məsafədə lildən təmizlənib, kəndarası yollar 4500 metr məsafədə çınqıl daşı ilə təmir edilib, kənd ərazisinə 150 ədəd eldar şamı əkilib, kəndarası yolların kənarları və kənd qəbristanlığı alaq otlarından və məişət tullantılarından  təmizlənib.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Məhbubə Səfərova həyətyanı sahəsində olan ağacın budanmasına köməklik olunması, Pənah Hüseynov bələdiyyə topağından icarəsinə torpaq sahəsinin ayrılması və özünü məşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunması, Süleyman Hüseynov elektrik naqillərinin tarım çəkilməsi, kəndarası yola çınıql daşının verilməsi, Ofeliya Axundova həyət qapısının qarşısında olan çinar ağacının budanması, Mehri İbrahimova içməli su bulaqlarına verilən suyun iş saatının artırılması, Akif Əliyev pay torpaq sahələrinə gedən yolun zəbt olunması, Səttar Məhəmmədi bələdiyyə topağından icarəsinə torpaq sahəsinin ayrılması, Ayaz Həsənov özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıq zərfi üzrə aktivlərlə təmin olunması barədə müraciət ediblər.

Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar