Xəbər lenti

Eyvaz Hüseynov Yeni Xocavənd qəsəbə sakinləri ilə görüşüb Fotolar

Tarix: 09-04-2026 15:44     Baxış: 1 141

09 aprel 2026-cı il tarixdə Yeni Xocavənd qəsəbəsində yerləşən qəsəbə icra nümayəndəliyinin inzibati binasında Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səyyar görüşü keçirilib.

Mubarizciler.az xəbər verir ki, səyyar görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, hər zaman olduğu kimi son günlər ərzində də Prezident İlham Əliyevin fəaliyyəti həm beynəlxalq diplomatik əlaqələr, həm də daxili quruculuq işləri baxımından olduqca intensiv keçmişdir. Dövlət başçısı aprelin 6-da Gürcüstana rəsmi səfər edərək həmkarı Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə strateji tərəfdaşlığın gələcək perspektivlərini müzakirə etmişdir. Bakıda Türk Dövlətləri Təşkilatının nümayəndə heyətlərini və Efiopiyanın Baş nazirini qəbul edən Prezident, Azərbaycanın qlobal əməkdaşlıq platformalarındakı rolunu daha da möhkəmləndirmişdir. Xüsusi qeyd olunmalıdır ki, İran Prezidenti Məsud Pezeşkian ilə keçirilən təmas zamanı o, Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına dərin minnətdarlığını ifadə etmişdir. Ölkə daxilində isə Şamaxıda yeni aqroparkın açılışında iştirak edən dövlət başçısı, həmçinin Xocavəndin Xanoba kəndində bərpa-quruculuq işlərinin gedişatı ilə tanış olmuşdur. Ümumilikdə Cənab Prezident Azərbaycanın həm qonşuluq siyasətindəki humanist və prinsipial mövqeyini, həm də işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətindəki qətiyyətini bir daha nümayiş etdirmişdir.

Sonda qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verdilmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar