Xəbər lenti
25-07-2026, 19:27
 

İlham Əliyev Türkiyənin daxili işlər naziri Mustafa Çiftçini qəbul edib Fotolar + Yenilənib

Tarix: 09-04-2026 15:35     Baxış: 1 715

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin daxili işlər naziri Mustafa Çiftçini qəbul edib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Mustafa Çiftçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulandı, bütün istiqamətlər üzrə əlaqələrin genişləndiyi bildirilib.

Ölkələrimizin müvafiq qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd edilib, bu xüsusda Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirliklərinin də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar