Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboyun İcra başçısı Aprel şəhidinin ildönümündə ailəsini ziyarət etdi Fotolar

Tarix: 09-04-2026 14:39     Baxış: 3 150

Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən 2016-cı il Aprel döyüşlərinin şəhidi Bəxtiyar Hüseynovun ildönümündə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, bir qrup şəhid ailəsi, aprel döyüşlərinin qazisi və ictimai fəallarla birgə şəhidimizin ailəsini ziyarət etdi, sosial qayğıları ilə maraqlandı.

Mubarizciler.az xəbər verir ki rayon rəhbəri bildirdi ki, 2016-cı ilin 2-5 aprel tarixlərində Azərbaycan Ordusunun qazandığı hərbi uğurlar dövlətimizin qüdrətini, xalqla ordunun birliyini bütün dünyaya nümayiş etdirdi.

Lələtəpə yüksəkliyinin və Cocuqmərcanlının azad edilməsi ilə başlanan şanlı yol Noyabr Zəfərinin təməli oldu. Dövlətin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edən icra başçısı şəhidlərin keçdiyi şərəfli döyüş yolunun gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu qeyd etdi.

Sonra şəhid ailə üzvləri və ictimai fəallar ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

Şəhidimizin şəxsi əşyalarından ibarət sərgiyə baxış keçirildi




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar