Xəbər lenti

Seymur Orucov Eynallı kəndində növbəti dəfə vətəndaşları dinləyib Fotolar

Tarix: 08-04-2026 18:09     Baxış: 980

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir.

Mubarizciler.az xəbər verir ki, Eynallı kənd tam orta məktəb binasında təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda giriş nitqi söyləyən RİH başçısı Ağstafada icra olunan və icrası nəzərdə tutulan abadlıq, əsaslı yenidənqurma layihələri barədə məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir regionda həyata keçirilən bu cür işlərin əsas məqsədi ölkənin iqtisadi gücünü daha da artırmaq, əhalinin güzəranını, rifahını yaxşılaşdırmaqdan ibarətdir. Dövlət başçısının sosialyönümlü siyasəti vətəndaşlarımız tərəfindən həmişə böyük rəğbətlə qarşılanır.  

Daha sonra sakinlərin təklif və müraciətləri dinlənilib. Səsləndirilən məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətlərinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında konkret tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar