Xəbər lenti
25-07-2026, 19:27
 

Xocavəndin İcra başçısı Binəqədi rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdib Fotolar

Tarix: 08-04-2026 13:50     Baxış: 945

03 aprel 2026-cı il tarixdə Binəqədi rayonu S.Axundov küçəsində  yerləşən Zəngilan rayon 4 saylı tam orta məktəbində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səyyar görüşü keçirilib.

Mubarizciler.az xəbər verir ki, Səyyar görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək ölkəmizin hər gün inkişaf etdiyini, iqtisadi və siyasi baxımdan uğurlu il olduğunu bildirmişdir. “Böyük Qayıdış” Proqramını uğurla icra edildiyini və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılırdığını qeyd etmişdir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 18-də Xocavənd rayonunun Xanoba kəndinə səfər etməsi, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması bunun bariz nümunəsidir. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun 2025-ci ilin sentyabr ayından bu günə qədər Xocavənd rayonuna ümumilikdə 568 ailə 2314 nəfər sakinin köçürüldüyünü diqqətə çatdırmışdır.

Qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verdilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar