Xəbər lenti

Polis Xətai rayonunda yerləşən təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirib Fotolar

Tarix: 08-04-2026 11:46     Baxış: 931

 Xətai Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən 257 nömrəli tam orta məktəbdə və 261 nömrəli məktəb-liseydə maarifləndirmə tədbirləri keçirilib.

Mubarizciler.az xəbər verirki, "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!", “Erkən nikahın fəsadları”, “Tütün məmulatlarının sağlamlığa zərəri” və DİN-in Polis Akademiyasında təhsilə təşviq mövzularında keçirilən tədbirlərdə polis əməkdaşları, psixoloqlar, pedaqoji heyət və yuxarı sinif şagirdləri iştirak ediblər.  

Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki Vaqif Müslümov tədbirlərdə çıxış edərək təhsil müəssisələrində keçirilən bu tədbirlərin mahiyyətindən danışıb, əsas məqsədin yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların yaratdığı sosial və psixoloji fəsadları barədə məlumatlandırılması və sağlam həyat tərzinə təşviq edilməsi olduğunu bildirib.  

Çıxış edənlər şagirdlərə narkomaniyanın fiziki, psixoloji və ictimai təhlükələri, bu istiqamətdə aparılan qətiyyətli mübarizə tədbirləri, həmçinin erkən nikahın təhsildən uzaqlaşma və sosial fəsadlara səbəb olması, eləcə də internetdən təhlükəsiz istifadə qaydaları və kibertəhlükəsizlik mövzusunda ətraflı bilgi veriblər. Tədbirlərdə ali təhsil almaq arzusunda olan şagirdlərə Polis Akademiyasına kursant qəbulu qaydaları barədə də ətraflı məlumat verib, orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən, Akademiyada ali hüquq təhsili almağın, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüklərindən danışıb.

Daha sonra mövzularla bağlı suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar