Xəbər lenti

Goranboyda “Aprel döyüşləri”nin 10-cu ildönümü ilə bağlı "Zəfərin İzləri" adlı tədbir keçirildi Fotolar

Tarix: 04-04-2026 23:45     Baxış: 1 281

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı, Goranboy Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Gənclər evinin birgə təşkilatçılığı ilə  Goranboy Olimpiya İdman Kompleksinin akt zalında "Aprel döyüşləri"nin 10 illiyi ilə əlaqədar qazilər və gənclərin iştirakı ilə "Zəfərin İzləri" adlı tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, İlk öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra, Aprel döyüşlərində və Vətən müharibəsində qazanılan tarixi qələbələrdən bəhs edən "Aprel döyüşləri: Şanlı Zəfərin müjdəçisi" adlı sənədli film nümayiş olundu.

Tədbirdə, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, rayon icra hakimiyyəti başçısının müavini Mirvari Ağamaliyeva və digər natiqlər çıxış edərək, Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən geniş söhbət açdılar. Bildirildi ki, bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək olduğunu, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, daim ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha sübut etdi. Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçıları və qazilər Aprel döyüşlərindən geniş bəhs edərək, bu kimi tədbirlərin keçirilməsinin  gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətini xüsusi vurğuladılar. Tədbirdə gənclər qazilərə suallar ünvanladı və onların keçdikləri döyüş yolu barəsində ətraflı məlumatlar əldə etdilər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar