Könül Nurullayeva şəhid övladı ilə görüşündən paylaşım edib Fotolar

Deputat Könül Nurullayeva Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Mİ-24 helikopterinin pilotu, mayor Urfan Vəlizadənin əziz qızı Betül ilə səmimi və duyğulu görüşü baş tutub.
Mubarizciler.az xəbər verir ki, Deputat bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
Siması qədər qəlbi də gözəl olan Betül balamızla, eləcə də bacısı Zəhra kimi dəyərli övladlarımızla ünsiyyətdə olmaq, onların sevgisini hiss etmək, onlara qayğı və diqqət göstərmək insana sözlə ifadə olunmayacaq qədər böyük mənəvi zənginlik bəxş edir. Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edərkən bir daha anlayırıq ki, onların bizə əmanət qoyduğu ən müqəddəs dəyər məhz övladlarıdır. Bu əmanətə sahib çıxmaq hər birimizin həm vicdan, həm də vətəndaşlıq borcudur. Qeyd edək ki, 2016-cı ilin Aprel döyüşləri zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilən əməliyyatlar zamanı mayor Urfan Vəlizadə qəhrəmancasına şəhid olmuşdur. Şəhidlərimizin xatirəsi daim əzizdir. Onların ruhu qarşısında baş əyir, sonsuz hörmət və minnətdarlığımızı bildiririk. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.


Xəbəri paylaş








































0772703001 