Xəbər lenti
15-09-2026, 17:52
 

“Qardaşım Pezeşkianın təşəkkürünü xalqımız yüksək qiymətləndirir”

Tarix: 04-04-2026 11:04     Baxış: 1 855

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana minnətdarlığını bildirib.

Mubarizciler.az xəbər verir ki, bu barədə dövlət başçısının “X” hesabında paylaşım edilib.

“İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”, - paylaşımda qeyd edilib. 

Qeyd edək ki, Pezeşkian 2 gün öncə İlham Əliyevə zəng edərək Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib. Bundan başqa, o, sosial şəbəkə hesabında da zəng haqda paylaşım edərək bir daha təşəkkürünü ifadə edib. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar