31 Mart Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi Goranboyda ehtiramla yad olunub Fotolar + Yenilənib

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilmişdir.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə Goranboy rayon icra hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və YAP fəalları iştirak etmişlər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir çərçivəsində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş film nümayiş etdirilmişdir. Çıxış edənlər 1918-ci ilin mart–aprel aylarında erməni silahlı dəstələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğınların xalqımızın tarixində ən faciəli səhifələrdən biri olduğunu qeyd etmiş, Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə minlərlə dinc insanın amansızcasına qətlə yetirildiyini vurğulamışlar. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamla 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi bu faciəyə siyasi-hüquqi qiymətin verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Azərbaycan dövləti tərəfindən soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tədbirdə çıxış edənlər tarixi həqiqətlərin gənc nəslə çatdırılmasının vacibliyini xüsusi qeyd etmiş, milli yaddaşın qorunmasının hər bir vətəndaşın borcu olduğunu bildirmişlər. Sonda soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilmiş, belə faciələrin bir daha təkrarlanmaması üçün milli birliyin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanmışdır.





Xəbəri paylaş







































0772703001 