Xəbər lenti
15-09-2026, 17:52
 

Vilayət Eyvazov Cəlilabadda qəbul keçirdi Fotolar + Video

Tarix: 01-04-2026 16:40     Baxış: 1 204

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 31-də və aprelin 1-də Cəlilabad rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Mubarizciler.az xəbər verir ki, nazir əvvəlcə Cəlilabad rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Polis Şöbəsinin inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlardan, eləcə də digər bölgələrdən qəbula gələn 356 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 258 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.












Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar