Xəbər lenti
15-09-2026, 17:52
 

Prezident Gürcüstan səfirliyinə gedib başsağlığı verdi Fotolar

Tarix: 27-03-2026 21:01     Baxış: 1 505

Prezident İlham Əliyev martın 27-də Gürcüstanın Azərbaycandakı səfirliyində olub, bütün Gürcüstanın Katalikos-Patriarxı II İliya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Mubarizciler.az xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlət başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğulayıb.

Dövlət başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İliya həzrətlərinin roluna toxunub.

Zurab Pataradze səfirliyə gələrək başsağlığı verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar