Xəbər lenti
15-09-2026, 17:52
 

Anar Məmmədov Umudlu camaatı ilə görüşdü Fotolar + Yenilənib

Tarix: 26-03-2026 12:16     Baxış: 1 470

Milli Məclisin deputatı Anar Məmmədov Şıxarx qəsəbəsində Ağdərə rayonundan olan Umudlu kənd sakinləri ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki, görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov iştirak edib.

Görüş zamanı millət vəkili ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, işğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların doğma yurdlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Görüş zamanı Umudlu sakinləri tərəfindən ən çox qaldırılan və xüsusi vurğulanan məsələ Ağdərə rayonuna köç prosesi zamanı Umudlu kəndində məskunlaşmaq istəyi olub. Sakinlər dövlətimizin apardığı genişmiqyaslı quruculuq işlərini yüksək qiymətləndirərək, yenidən bərpa olunacaq Ağdərədə yaşamaq və qədim yurd yerlərinə can vermək arzusunda olduqlarını bildiriblər.

Sakinlər Ağdərə rayonunda aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar