Xəbər lenti
15-09-2026, 17:52
 

Tanınmış güləşçilər azarkeşlərlə görüşdü - Fotolar

Tarix: 20-03-2026 09:03     Baxış: 1 162

Bu gün Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığı, “Gənclik Mall” və “Go Sport”un dəstəyilə güləşin tanınmış simaları azarkeşlərlə görüşüb.

Mubarizciler.az xəbər verir ki, “Gənclik Mall” ticarət mərkəzində təşkil edilən tədbirdə olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rasul Çunayev, olimpiya və dünya mükafatçısı, 3 qat Avropa çempionu Həsrət Cəfərov, Avropa mükafatçısı, U23 dünya çempionu Jalə Əliyeva iştirak edib.

Onlar karyeralarında qazandıqları uğurlardan danışıb, yeniyetmə və gənclərə öz tövsiyələrini çatdırıblar.

Daha sonra sıra viktorinalara çatıb. Müxtəlif müsabiqələrin qalibləri mükafatlandırıldıqdan sonra imza mərasimi baş tutub. Güləş ulduzları imzalı şəkillərini azarkeşlərə paylayıb və onlarla xatirə şəkli çəkdirib.













Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar