Xəbər lenti
15-09-2026, 17:52
 

AAYDA-nın İdarə heyətinin sədri Naftalanda vətəndaşları qəbul edib Fotolar

Tarix: 18-03-2026 23:46     Baxış: 917

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli martın 18-də Naftalan Şəhər Heydər Əliyev Mərkəzində Naftalan şəhəri və Goranboy rayonunun sakinlərini qəbul edib.

Mubarizciler.az xəbər verir ki, qəbuldan əvvəl İdarə Heyətinin sədri Vüsal Nəsirli və Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən avtomobil yollarının vəziyyəti, yolların əsaslı təmiri və yenidən qurulması, eləcə də məşğulluq məsələləri ilə bağlı olub.

Görüş çərçivəsində vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin operativ araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar