Xəbər lenti
15-09-2026, 17:52
 

Tərtər rayonunun Kəngərli kəndində 200-ə yaxın ailəyə texniki su xətti çəkilib Fotolar + Yenilənib

Tarix: 18-03-2026 18:11     Baxış: 1 078

Novruz və Ramazan bayramları ərəfəsində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Kəngərli kəndində 200-ə yaxın ailəyə texniki su xətti çəkilib.

Mubarizciler.az xəbər verir ki, açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları, ziyalılar və kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Anar Məmmədov su çəkilişi münasibətilə sakinləri təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının bu gün hər bir kənddə, hər bir evdə öz bəhrəsini verdiyini diqqətə çatdırıblar.  Mərasimdə çıxış edən şəhid ailələrinin üzvləri, qazilər və kənd ağsaqqalları bildiriblər ki, yeni su xəttinin çəkilməsi onların gündəlik qayğılarını xeyli azaldacaq. Sakinlər onlara göstərilən diqqətə, həmçinin şəhid ailələri və qazilərə olan yüksək qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar