Xəbər lenti
15-09-2026, 17:52
 

Naftalanda “Narkomaniyaya Yox Deyək” mövzusunda tədbir keçirilib Fotolar

Tarix: 18-03-2026 11:50     Baxış: 1 267

Naftalan Şəhər İcra Hakimiyyətinin və Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Naftalan Peşə Məktəbində “Narkomaniyaya yox Deyək!” adlı tədbir keçirilib.

 Mubarizciler.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.

 Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan ŞİH başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Alı Əliyev mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini bildirib.

Daha sonra çıxış edən Naftalan ŞPŞ-nin polis kapitanı Nicat Qocayev narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən tədbirlər haqqında məlumat verib.

Sonda mövzu ətrafında suallar cavablandırılmışdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar