Müstəqim Məmmədov və Milli Məclisin deputatı vətəndaşların müraciətlərini dinləyiblər Fotolar

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədovla birlikdə vətəndaşların növbəti qəbulunu keçirib, sakinlərin müraciət və təkliflərini dinləyiblər.
Mubarizciler.az xəbər verir ki, qəbul zamanı dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğının tərkib hissəsi olaraq, bu kateqoriyadan olan vətəndaşlar növbədənkənar qəbul edilib, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşılıb.
Qəbulda iştirak edən vətəndaşlar əsasən maddi yardımın göstərilməsi, işlə təmin olunma, pay torpağının qonşu tərəfindən zəbt olunması, borca görə kəsilmiş qaz xəttinin bərpa edilməsi, yeni tikilmiş fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması və digər sosial-məişət məsələləri ilə bağlı müraciətlərini çatdırıblar.
Vətəndaşların hər bir müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericilik çərçivəsində və operativ həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı isə vətəndaşlara ətraflı izahatlar təqdim olunub. Görülən işlərin nəticəsi olaraq qəbulda vətəndaş məmnunluğu tam təmin edilib.
Sonda rayon sakinləri ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara, əhalinin sosial rifahının yüksəldilməsinə göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Xəbəri paylaş








































0772703001 