Xəbər lenti

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Ülfət Qurbanovun iştirakilə geniş tərkibli iclas keçirilib Fotolar

Tarix: 17-03-2026 13:11     Baxış: 812

İclasda xəstəxananın struktur bölmələrinin rəhbərləri, həkimlər və digər məsul şəxslər iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, tədbirin əsas mövzusu vətəndaş məmnunluğunun artırılması və səhiyyə sahəsində antikorrupsiya tədbirlərinin gücləndirilməsi olub. İclas zamanı əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, pasiyent müraciətlərinə həssas yanaşma, şəffaflığın təmin olunması və etik davranış qaydalarına riayət olunmasının vacibliyi vurğulanıb.

Direktor çıxışında qeyd edib ki, vətəndaş məmnunluğu səhiyyə xidmətlərinin əsas prioritetlərindən biridir və hər bir əməkdaş öz fəaliyyətində bu prinsipi rəhbər tutmalıdır. Həmçinin korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilib. İclasda pasiyent hüquqlarının qorunması, müraciətlərin operativ və obyektiv araşdırılması, eləcə də xidmət prosesində şəffaflığın artırılması istiqamətində görüləcək işlər müzakirə olunub. Sonda müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib və qarşıya qoyulan vəzifələrin icrasına nəzarətin gücləndiriləcəyi bildirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar