Xəbər lenti

Daşkəsənin İcra başçısı şəhər sakinlərinin müraciətlərini dinləyib Fotolar

Tarix: 16-03-2026 15:51     Baxış: 938

Martın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Daşkəsən şəhərində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, Sakinləri müqəddəs Ramazan ayı və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən icra başçısı Orxan Abbasov çıxışında Prezident cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas yanaşmaqla sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqlarının Daşkəsən rayonunda daim diqqət mərkəzində saxlanıldığını və rayon ərazisində yerlərdə vətəndaşlarla səyyar qəbulların mütəmadi olaraq keçirildiyini bildirib. İcra başçısı ötən dövrlər ərzində Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə Daşkəsən şəhəri ərazisində xeyli abadlıq və quruculuq işlərinin aparıldığını, sakinlər tərəfindən qaldırılan problemlərin həllinə dair bir sıra ciddi addımların atıldığını diqqətə çatdırıb, bu istiqamətdə işlərin bundan sonra da ardıcıl və məqsədyönlü şəkildə davam etdiriləcəyini vurğulayıb.Sonra sakinlərin müraciətləri dinlənilib.İcra başçısı Orxan Abbasov müraciətlərin araşdırılması və qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də nəzarət qaydasında qeydiyyata götürülüb. Qəbulda iştirak edən Daşkəsən şəhər sakinləri müraciətlərə baxılması üçün yaradılan şəraitdən, problemlərinin həllində onlara yaxından köməklik olunmasından razılıq edərək, hər zaman göstərdikləri diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 16.03.2026-ci il tarixdə Daşkəsən şəhərində  vətəndaşların növbəti səyyar qəbulunu keçirib

Xəbəri paylaş

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar