Xəbər lenti
25-07-2026, 19:27
 

Vüqar Novruzov Şəhid anası ilə görüşüb

Tarix: 13-03-2026 22:18     Baxış: 1 085

Göygöl Rayon İcra Hakimiyyətində əslən Kəlbəcərdən olan Vətən müharibəsi şəhidi Dağbəyi Orucovun anası Mətanət Orucova ilə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, RİH-nin başçısı Vüqar Novruzov şəhidin ailə üzvünü qəbul edərək onun müraciət və təkliflərini dinləyib.

Söhbət zamanı Dağbəyi Orucovun göstərdiyi şücaət, döyüş meydanında nümayiş etdirdiyi mərdlik və fədakarlıq gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğu bildirilib. Vurğulanıb ki, şəhidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayır, onların adları tariximizə qızıl hərflərlə yazılıb və bu qəhrəmanlıq salnaməsi heç zaman unudulmayacaq. Şəhid Dağbəyi Orucovun əziz xatirəsinin əbədiləşdirilməsi, onun keçdiyi şərəfli yolun gələcək nəsillərə aşılanması dövlətin və cəmiyyətin əsas mənəvi borclarından biri kimi dəyərləndirilib.

Şəhid anası dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimizə minnətdarlığını bildirib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar