Xəbər lenti

Daşkəsəndə iftar süfrəsi təşkil olunub Fotolar + Yenilənib

Tarix: 13-03-2026 22:03     Baxış: 931

Martın 13-də Daşkəsəndə Ramazan ayı münasibətilə rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə iftar süfrəsi təşkil edilib.

Mubarizciler.az xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxışında iştirakçıları müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə tolerantlıq mühitinin formalaşması və milli-mənəvi dəyərlərin qorunub yaşadılması Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr ölkəmizdə sosial həmrəyliyin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və dini-mədəni irsin yaşadılmasına mühüm töhfələr verir. Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri beynəlxalq miqyasda yüksək qiymətləndirilir. İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə davam edib. Şəhidlərimizin ruhuna dualar oxunub. İftar süfrəsi arxasında Ramazan ayının mənəvi əhəmiyyəti, insanları xeyirxahlığa, mərhəmətə və paylaşmağa səsləyən dəyərləri barədə söhbətlər aparılıb, ölkəmizə davamlı sülh, əmin-amanlıq və firavan gələcək arzulanıb. İftar mərasiminin iştirakçıları Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Daşkəsən rayonunda  iftar süfrəsi təşkil olunub

Xəbəri paylaş

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar