Goranboy rayonunda Novruz bayramı münasibətilə bayram şənliyi keçirildi Fotolar + Yenilənib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsi və Goranboy–Naftalan rayonları üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyəti və YAP Goranboy Rayon Təşkilatının dəstəyi, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, gənclər və məktəblilərin iştirakı ilə Novruz bayramı münasibətilə bayram şənliyi keçirildi.
Mubarizciler.az xəbər verir ki, Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən ETİHİ Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev Novruz bayramının xalqımızın birlik, bərəkət və yenilənmə rəmzi olduğunu vurğulayaraq tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etdi. Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov Novruz bayramının milli dəyərlərimizin qorunub saxlanılmasında və gənc nəslə ötürülməsində xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının müavini Mirvari Ağamaliyeva Novruz bayramının insanların birliyini, həmrəyliyini və dostluğunu daha da möhkəmləndirdiyini bildirərək tədbir iştirakçılarına xoş arzularını çatdırdı. YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bayram münasibətilə hər kəsi təbrik edərək bu cür tədbirlərin milli adət-ənənələrimizin yaşadılmasına mühüm töhfə verdiyini vurğuladı. Bayram proqramı çərçivəsində Goranboy rayonu ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər təhsil müəssisələrinin uşaqları tərəfindən bir-birindən maraqlı və rəngarəng rəqs nümunələri nümayiş etdirildi. Həmçinin tədbirdə Novruzun sevilən personajları olan Kosa və Keçəl maraqlı səhnəciklərlə çıxış edərək iştirakçılara xoş əhval-ruhiyyə bəxş etdilər. Bahar qızının səhnəyə çıxışı isə bayram ab-havasını daha da canlandırdı. Tədbirin sonunda Novruzun əsas atributlarından biri olan bayram tonqalı alovlandırıldı. İştirakçılar tonqal ətrafında toplaşaraq birlikdə yallı rəqsi oynadılar və bayramın sevincini bölüşdülər. Şən və yaddaqalan ab-havada keçən bayram şənliyi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.





































Xəbəri paylaş








































0772703001 