Xəbər lenti

Goranboyda Novruz bayramı münasibətilə tədbir keçirildi Fotolar

Tarix: 13-03-2026 17:10     Baxış: 1 428

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon Təşkilatının Təhsil ərazi Ərazi Partiya Təşkilatının və Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə  Novruz bayramı münasibətilə tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşı, şəhid alilələri və YAP fəalları iştirak ediblər.

Tədbir iştirakçıları milli adətlərimizi, baharın gəlişini və Novruz ənənələrini əks etdirən sərgilərlə tanış olublar.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Goranboy rayonu haqqında videoçarx nümayiş etdirildi.Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov ,Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşı, şəhid alilələri çıxış edərək, Novruz Azərbaycan xalqının milli dəyərlərini özündə yaşadan qədim mədəniyyət bayramıdır. Xalqımız tarixin ağır sınaqlarında dilini, dinini, adət-ənənələrini qoruduğu kimi, Novruz bayramını da qoruyub saxlamışdır. Novruzun milli bayram kimi dövlət səviyyəsində qeyd olunması isə ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu milli soykökə və dəyərlərə qayıdış siyasətinin nəticəsidir. Dahi şəxsiyyət deyirdi ki, “Novruz bizim ümumdövlət, ümummilli, ümumxalq bayramımızdır. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir, xalqımızda daha möhkəm birlik yaradır”.

Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar