Xəbər lenti
15-09-2026, 17:52
 

Şirvanın Polis Rəisi məktəblilərin suallarını cavablandırıb Fotolar

Tarix: 12-03-2026 17:04     Baxış: 1 323

Sağlam gələcək üçün narkomaniyaya qətiyyətlə “yox” deyək!

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 12 və 18 saylı tam orta məktəblərdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə ümumilikdə 200 şagird iştirak edib.

Mubarizciler.az xəbər verir ki, görüşlərdə çıxış edən ŞPŞ-nin rəisi polis polkovniki Seymur Əfəndiyev narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə yaradan ən böyük problemlərdən biri olduğunu bildirib.

 Qeyd olunub ki, sağlam cəmiyyət yalnız sağlam düşüncəli insanlarla mümkündür. Gələcəyimizi qorumaq üçün isə narkomaniyaya qarşı birlikdə mübarizə aparmalı və bu təhlükəli bəlaya qətiyyətlə “yox” deməliyik.  Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkotik vasitələrin fəsadlarını əks etdirən videoçarxlar nümayiş olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar