Xəbər lenti
15-09-2026, 17:52
 

Aqşin Bəbirova cinayət işi açıldı Foto

Tarix: 12-03-2026 17:00     Baxış: 973

2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülən, daha sonra Azərbaycana təhvil verilən Aqşin Bəbirov cinayət məsuliyyətinə cəlb olunub.

Mubarizciler.az “Teleqraf”a istinadən xəbər verir, o, Cinayət Məcəlləsinin 127.2.3 maddəsi üzrə təqsirli bilinib.

Belə ki, Aqşin Bəbirov Sabunçu rayonu ərazisində etibarnamə əsasında idarə etdiyi “KİA Pride” markalı avtomobillə hərəkətdə olarkən digər hərəkət iştirakçısı ilə mübahisə yaşayıb. Mübahisə zamanı A.Bəbirov “Mercedes” markalı avtomobilin sürücüsünə qəza şəraiti yaratdığını bildirib.

Təfərlərin mübahisəsinin davamında Aqşin Bəbirov sürücüyə dəmir parçası ilə zərbə endirib. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Qeyd edək ki, qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan Aqşin Bəbirovun azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.

Xatırladaq ki, Aqşin Bəbirov Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, 2023-cü ilin dekabrında Hüseyn Axundovla birlikdə əsirlikdən xilas edilmişdi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar