Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib Fotolar
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında gündəliyə uyğun olaraq 4 məsələ müzakirə olunub.
Mubarizciler.az xəbər verir ki, İclasda Şura üzvləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqi ilə çıxış edərək, gündəlikdəki məsələlərin aktuallığını vurğulayıb, əldə olunan uğurlar və qarşıda duran vəzifələr barədə söz açıb. Gündəlikdə duran ilk məsələ – Dövlət Su Ehtiyatları Agentliyinin Daşkəsən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin fəaliyyəti barəsində olub. Daşkəsən RİHBA-nın Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi Ayaz Allahyarov məsələ ilə bağlı idarə tərəfindən 2025-ci il ərzində rayon ərazisində su ehtiyatlarından istifadəyə dair görülmüş işlər barədə ətraflı məlumat verib. Daha sonra Daşkəsən Rayon Dövlət Arxivinin ötən il ərzində gördüyü işlər haqqında Daşkəsən RİHBA-nın Hüquq və kadr məsələləri sektorunun müdiri Ruslan Məmmədəliyevin hesabatı dinlənilib. Qeyd olunub ki, hesabat dövründə arxiv sənədlərinin mühafizəsi, uçotu və istifadəsi yerinə yetirilib, vətəndaşların müraciətlərinə baxılması təmin olunub. İclasda həmçinin Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti Şöbəsinin rayon ərazisində 2025-ci il ərzində gördüyü işlər haqqında məlumatlar təqdim edilib. Bildirilib ki, hesabat dövründə rayon ərazisində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət həyata keçirilib və baş vermiş yanğın hadisələri üzrə müvafiq tədbirlər görülüb. Gündəlikdə duran digər məsələ – “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq 2025-ci ilin yekunlarına dair vətəndaşların müraciətlərinə baxılmasının vəziyyəti barədə olub. Məsələ ilə bağlı Daşkəsən RİHBA-nın Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin məsləhətçisi Pərvin Paşayev məlumat verərək hesabat dövründə rayon üzrə vətəndaş müraciətlərinin qeydiyyatı, baxılması və qaldırılan məsələlərin həlli istiqamətində görülmüş işlərin təhlilini təqdim edib. Müzakirə olunan məsələlər üzrə çıxışlar dinlənilib və sonda Şuranın qərarları qəbul olunub. İcra başçısı Orxan Abbasov planlaşdırılan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə icra olunması üçün aidiyyəti üzrə tövsiyə və tapşırıqlarını verib.
Xəbəri paylaş








































0772703001 