Xəbər lenti

Goranboyda ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə növbəti görüş keçirilib Fotolar

Tarix: 12-03-2026 11:26     Baxış: 840

Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində yerli təhsil sektorlarında keçirilən görüşlər davam etdirilir.

Bu çərçivədə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə növbəti görüş təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov tərəfindən təşkil edilən görüşün əsas məqsədi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təsdiqlənmiş keyfiyyət fəaliyyət planının icra vəziyyətinin qiymətləndirilməsi, tədrisin keyfiyyətinə nəzarətin gücləndirilməsi və strateji hədəflər üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi olub.

Görüşdə müasir tədris metodlarının tətbiqi, fənn müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin fərdi bacarıqlarının inkişaf etdirilməsi və motivasiyanın yüksəldilməsi, həmçinin innovativ texnologiyaların tətbiqi və təhsil keyfiyyətinin qiymətləndirilməsi istiqamətində görüləcək tədbirlərlə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda, görüşdə dərsdinləmə prosesinə sistemli nəzarət, qabaqcıl müəllimlərin həmkar dəstəyi mexanizminin gücləndirilməsi, ustad dərslərinin təşkili və məktəblərarası təcrübə mübadiləsinin həyata keçirilməsi, fərdi yanaşmanın tətbiqi və şagirdlərin əlavə məşğələlərinin nəticəyönümlü təşkili, VI siniflər üzrə onlayn monitorinqin təşkili, IV sinif BSQ nəticələrinin mərkəzləşdirilmiş diaqnostik nəticələrlə müqayisəli təhlili, eləcə də buraxılış imtahanları ilə bağlı psixoloji dəstək və maarifləndirmə məsələləri müzakirə olunub. Görüşün sonunda iştirakçılar təhsil müəssisələrində innovativ yanaşmaların tətbiqinin genişləndirilməsi və şagirdlərin fərdi bacarıqlarının inkişaf etdirilməsi istiqamətində prioritet məsələləri müzakirə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar