Xəbər lenti
25-07-2026, 19:27
 

Seymur Orucov Kolxəlfəli kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib Fotolar

Tarix: 11-03-2026 20:17     Baxış: 1 351

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq Kolxəlfəli kənd tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların səlahiyyətli nümayəndələri və kənd sakinləri iştirak ediblər. 

Mubarizciler.az xəbər verir ki, RİH başçısı çıxış edərək bildirib ki, dünyanın müxtəlif bölgələrində münaqişələrin baş verdiyi bir vaxtda Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin əsas hədəfi ölkəmizin təhlükəsizliyini təmin etmək, höküm sürən sülh və əmin-amanlığın daimi olmasından ibarətdir. Ərazi bütövlüyünün və suverenliyinin bərqərar olması ilə nəticələnən tarixi Zəfərdən sonra Azərbaycan dünyada öz siyasi və iqtisadi mövqeyini gücləndirib, regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın mühüm şərtinə çevrilərək regionda lider dövlətə çevrilmişdir. Bu liderlik Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasətin qətiyyətlə həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Səyyar qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətlərinin hərtərəfli araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində aidiyyəti üzrə məsul şəxslərə göstərişlər verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar