Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboyda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat idman növü üzrə turnir keçirilib Fotolar

Tarix: 11-03-2026 18:09     Baxış: 1 932

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi və Goranboy-Naftalan üzrə təhsil sektoru birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlər arasında şahmat idman növü üzrə Goranboy rayon turniri keçirildi.

Mubarizciler.az xəbər verir ki,  Yarışın keçirilməsində əsas məqsəd müəllimlər arasında intellektual idman növlərinə marağın artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda Ümummilli Liderin zəngin irsinin və ideyalarının təbliğinə töhfə vermək olub.

 Tədbirin açılış mərasimində çıxış edən ETİHİ Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, təhsilin və gənclərin inkişafında göstərdiyi xidmətlərdən bəhs edərək onun siyasi irsinin bu gün də ölkəmizin inkişafında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, bu kimi tədbirlər həm Ümummilli Liderin xatirəsinin yad edilməsi, həm də intellektual idman növlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Daha sonra müəllimlər arasında şahmat üzrə yarışa start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticəsinə əsasən, Şükürlü Kərəm I yeri, Hüseynov Asəf II yeri, Bayramov Elmir III yeri qazanıb. Qaliblər fəxri fərman və qiymətli hədiyyələr ilə təltif olundular. Sonda xatirə şəkli çəkildi.

Gallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery Image


Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar