Xəbər lenti
25-07-2026, 19:27
 
Orxan Abbasov Mollahəsənli kənd sakinlri ilə görüşüb

Tarix: 11-03-2026 15:48     Baxış: 1 120

Martın 11-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Mollahəsənli kəndində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, əvvəlcə sakinləri qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edən icra başçısı Orxan Abbasov giriş nitqində deyib ki, Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılması barədə verdiyi tapşırıqlar Daşkəsən rayonunda birmənalı olaraq yerinə yetirilir. 

Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi Daşkəsən rayonunda da inkişaf və quruculuq işləri ardıcıl şəkildə davam etdirilir. İnfrastruktur layihələrinin icrası, yolların təmiri, sosial obyektlərin yenilənməsi, əhalinin məşğulluğunun artırılması və sosial rifahının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılır. Sonra  saniklərin müraciətləri dinlənilib. İcra başçısı Orxan Abbasov müraciətlərin həllinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll edilib, əlavə araşdırma tələb edən müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Qəbulda iştirak edən Mollahəsənli kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 11.03.2026-cı il tarixdə Mollahəsənli kəndində vətəndaşların səyyar qəbulunu keçirib

Xəbəri paylaş

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar