Xəbər lenti
25-07-2026, 19:27
 

Emin Əmrullayev Şuşada tədris prosesini izlədi Fotolar

Tarix: 11-03-2026 15:30     Baxış: 1 029

Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olub.

Mubarizciler.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, nazir məktəbdə yaradılmış şərait və tədris prosesi ilə yaxından tanış olub, dərsləri izləyib, müəllim və şagird kollektivi ilə fikir mübadiləsi aparıb.

Daha sonra məktəbin STEAM mərkəzinə baxış keçirilib. Nazir şagirdlərin hazırladıqları layihələrlə tanış olub, onların innovativ ideyalarını dinləyib və bu istiqamətdə əldə etdikləri nailiyyətləri yüksək dəyərləndirib.

Sonda şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş şənlik proqramı təqdim edilib.





















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar