Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboyda yel çərşənbəsi Şəhid ailələri ilə birgə qeyd edildi Fotolar

Tarix: 10-03-2026 19:53     Baxış: 2 345

Goranboy rayonunun Hazırəhmədli kəndində Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən regional mədəniyyət idarəsinin Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə yel Çərşənbəsi şəhid ailələri və kənd sakinləri ilə birgə qeyd olundu.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinlərinin iştirakı ilə keçirilən tədbirdə rayon rəhbəri çıxış edərək tədbir iştirakçılarını xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək, onlara can sağlığı, bol ruzi və sülh-əmin-amanlıq arzularını çatdırdı.

Şəhid ailələri və kənd sakinləri göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, belə əlamətdar günlərdə yad edilmələrinin onlar üçün böyük mənəvi dəstək olduğunu bildirdilər. Tədbirdə rayonumuzun mədəniyyət işçilərinin və incəsənət ustalarının ifasında bayram proqramı, folklor nümunələri təqdim edildi, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirildi. Bayram tonqalı yandırıldı.

 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar