Xəbər lenti
10-11-2026, 14:20
 

Ağstafada “Dini radikalizm, erkən nikah, narkomaniyaya və kibercinayətkarlığa qarşı mübarizə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib Fotolar

Tarix: 10-03-2026 18:14     Baxış: 1 274

Ağstafa rayonu Həsənsu kənd tam orta məktəbin iclas zalında baş tutan tədbir Ağstafa Rayon İcra Hakimiyyəti, Ağstafa Rayon Prokurorluğu və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Mubarizciler.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 Tədbiri giriş nitqi ilə açan Ağstafa RİH başçısı Seymur Orucov bildirib ki, sağlam nəslin formalaşması, sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması dövlətimizin siyasətinin ən başlıca istiqamətlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyinə hesablanmış müdrik siyasətini yeni müstəvidə müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin dəmir iradəsi, dövlətimizin və xalqımızın sıx vəhdəti nəticəsində bəşəriyyətin bəlasına çevrilən dini radikalizm, erkən nikahlar, narkomaniya və kibercinayətkarlığa qarşı mübarizə ildən ilə daha müsbət uğurların əldə olunmasına zəmin yaradır.

 Rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, Rayon prokuroru Anar Cəfərov, Rayon Polis Şöbəsinin Kadr və Peşə hazırlığı üzrə baş isnpektoru Nurlan Niyazlı, Ağstafa rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Səyyad Yusifov mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, yeniyetmə və gənclərin  hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olan ünsürlərə qarşı hamılıqla mübarizə aparılmalı, bu sahədə icra olunan maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir.

 Həsənsu kənd tam orta məktəbin 10-cu sinif şagirdi Məhəmməd Əlili, ictimaiyyət nümayəndəsi Sücayət Əsgərova bu cür tədbirlərin təşkilinin əhəmiyyətini yüksək qiymətləndirib və mövzu ilə bağlı öz fikirlərini bildiriblər. 

 Tədbirin sonunda mövzulara həsr olunmuş videoçarx nümayiş etdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar