Xəbər lenti
15-09-2026, 17:52
 

Avtobusda digər sərnişinin pul kisəsini belə ələ keçirdi - Saxlanıldı Video

Tarix: 09-03-2026 13:34     Baxış: 896

Bakıda fəaliyyət göstərən marşrut avtobuslarından birində sərnişinin içərisində 200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Cəlaləddin Abdullazadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin avtobusda törətdiyi cibgirlik əməli təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vətəndaşlara ictimai nəqliyyatda olarkən diqqətli olmaları, şəxsi əşyalarını nəzarətdə saxlamaları və sıxlıq olan yerlərdə ehtiyatlı davranmaları tövsiyə olunur. Bu kimi hallarla qarşılaşdıqda və ya şübhəli şəxslər gördükdə dərhal polisə məlumat vermələri xahiş olunur.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar