Xəbər lenti

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səhər yeməyi ətrafında səmimi görüş təşkil olunub Fotolar + Yenilənib

Tarix: 08-03-2026 00:30     Baxış: 959

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə məktəb direktorları, bağça müdirləri və təhsil sektorunun əməkdaşlarının iştirakı ilə "8 Mart – Beynəlxalq Qadınlar Günü" münasibətilə səhər yeməyi ətrafında səmimi görüş təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd təhsil sahəsində çalışan qadınların əməyini dəyərləndirmək, onların cəmiyyətin inkişafında oynadığı mühüm rolu vurğulamaq və bayram münasibətilə onları təbrik etmək olub.

Tədbirdə çıxış edən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov qadınların cəmiyyətin inkişafında, xüsusilə də təhsil sahəsində göstərdikləri fədakar fəaliyyətdən bəhs edib. Qeyd edib ki, müəllim və tərbiyəçi xanımların zəhməti gələcək nəslin formalaşmasında mühüm rol oynayır. Çıxış zamanı bütün qadınlara bayram münasibətilə xoş arzular çatdırılıb. ETİHİ Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev də qadınların təhsil sahəsindəki xidmətlərini yüksək qiymətləndirərək onların gənc nəslin savadlı, vətənpərvər ruhda yetişməsində böyük pay sahibi olduğunu qeyd edib və bütün xanımları 8 Mart münasibətilə təbrik edib. Səmimi və xoş mühitdə keçən görüşün sonunda tədbirdə iştirak edən xanımlara bayram münasibətilə gül buketləri təqdim olunub. Əziz qadınlar, "8 Mart – Beynəlxalq Qadınlar Günü" münasibətilə sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Bayramınız mübarək!

Gallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery ImageGallery Image




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar