Xəbər lenti

Goranboyda “8 Mart-Beynəlxalq Qadınlar Günü” qeyd edildi Fotolar

Tarix: 07-03-2026 12:47     Baxış: 2 233

Goranboyda “8 Mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı Goranboy şəhəri, “Gold Palace” şadlıq sarayında keçirilən tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatının sədri və rayon Ağsaqqallar Şurasının sədri, Şəhid ailələri, rayonun ictimai-siyasi, sosial-iqtisadi  və mədəni həyatında fərqlənən bir qrup xanımlar və rayon fəalları iştirak etdilər.

 Tədbirdə öncə Ümummilli Liderimiz Heydər Əliyevin dövlət qadın siyasətinə həsr olunmuş videoçarx izlənildi. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev,  ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasının  Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, tarixin bütün dövrlərində Azərbaycan qadınının Vətənimizin müdafiəsində yaxından iştirak etdiyini, dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərdiyini, qadın hüquqlarının müdafiəsi və onlar üçün bütün imkanların genişləndirilməsinin Prezident cənab İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdən olduğunu qeyd etdi. Xalq artisti Şahnaz Haşımovanın və yerli mədəniyyət-incəsənət ustalarının ifasında musiqi və Goranboy şəhər Uşaq İncəsənt Məktəbinin şagirdlərinin təqdimatında rəqs proqramı nümayiş etdirildi, xanımlara  rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, hədiyyələr, o cümlədən şəhid analarına və xanımlarına kəlağayı təqdim edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar