Xəbər lenti

Göygöldə Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ilə tədbir keçirildi Fotolar

Tarix: 06-03-2026 14:27     Baxış: 1 001

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən şəhid anaları və xanımları üçün tədbir təşkil edilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə RİH-nin başçısı və yerli hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. RİH-nin başçısı çıxışında şəhid anaları və xanımlarını 8 Mart münasibətilə təbrik edərək, onların göstərdikləri yüksək mənəvi mövqeyi və vətənpərvərlik nümunəsini xüsusi vurğulayıb. Bildirilib ki, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimizə və Birinci vitse-prezidentə minnətdarlıqlarını ifadə edərək, bu cür görüşlərin mənəvi əhəmiyyətini qeyd ediblər.

Tədbir çay süfrəsi arxasında davam etdirilib, rəngarəng musiqi nömrələri ilə müşayiət olunub. Sonda xanımlara gül çələngləri, hədiyyələr təqdim edilərək xatirə şəkli çəkdirilib.
















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar