Xəbər lenti

Daşkəsən rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub Fotolar

Tarix: 06-03-2026 14:17     Baxış: 1 323

Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə icra hakimiyyətinin xanım əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın simasında qadınları, o cümlədən bütün şəhid analarını və xanımlarını, döyüşlərdə sağlamlığını itirmiş hərbi qulluqçuların ömür-gün yoldaşlarını təbrik edib, onlara xoş arzularını çatdırıb.

Vurğulayıb ki, Daşkəsən rayonunda qadınlar cəmiyyətin müxtəlif sahələrində fəal iştirak edərək, rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayırlar. Hər zaman müsbət amilləri özündə cəmləşdirən qadınlarımızın nüfuzu günü-gündən artır. Ölkə rəhbərliyi tərəfindən də onların fəaliyyəti yüksək qiymətləndirilir və dəstəklənir. Həmişə olduğu kimi daşkəsənli qadınlar Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət qadın siyasətinə sadiq qalaraq, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşib bundan sonra da ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı naminə var gücləri ilə çalışacaqlar. Digər çıxış edənlər də qadınların ölkəmizin inkişafına verdikləri töhfələrdən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan qadınları tarix boyu öz zəhmətləri, fədakarlıqları və yüksək mənəvi keyfiyyətləri ilə seçilərək dövlətimizin və cəmiyyətimizin inkişafında mühüm yer tutublar.Qadınların cəmiyyət həyatındakı rolunu və fəaliyyətini əks etdirən videoçarx maraqla izlənib.İcra başçısı Orxan Abbasov tərəfindən xanım əməkdaşlara güllər və hədiyyələr təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Daşkəsən rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

Xəbəri paylaş

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar