Xəbər lenti
25-07-2026, 19:27
 

Müstəqim Məmmədov şəhid Fərid Məmmədovun ailəsini ziyarət edib Fotolar

Tarix: 04-03-2026 21:06     Baxış: 1 687

Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla  birlikdə Xoruzlu kəndində Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Fərid Nofəl oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.   

Mubarizciler.az xəbər verir ki, Fərid Məmmədov 2007-ci ildə Azərbaycan–Ermənistan təmas xəttinin Qazax istiqamətində düşmən təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusudur.

Fərid Məmmədov hərbi xidmət vəzifəsini layiqincə yerinə yetirərkən Vətən torpaqlarının müdafiəsi zamanı atəşkəsin pozulması nəticəsində qəhrəmancasına həlak olmuşdur. O, göstərdiyi igidlik və şücaət ilə yaddaşlarda əbədi iz qoymuş, Vətənə sədaqətin və vətənpərvərliyin nümunəsinə çevrilmişdir. Şəhid anası Səmənnaz İsmayılova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar