Xəbər lenti

Tərtərin İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib Fotolar

Tarix: 03-03-2026 13:56     Baxış: 1 029

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşların qəbulunu keçirib. Qəbul zamanı şəhid ailələri və qazilər növbədənkənar qaydada qəbul edilib, onların müraciətlərinə xüsusi həssaslıq göstərilib.

Mubarizciler.az xəbər verir ki, vətəndaşlar əsasən maddi yardımın göstərilməsi, işlə təmin olunma, həyətyanı və sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması, işğaldan azad olunmuş ərazilərdə mənzillə təmin olunma, qəbristanlığa gedən yolun təmir olunması və digər məsələlərlə bağlı müraciətlər ediblər.

 İcra başçısı tərəfindən vətəndaşların müraciətləri diqqətlə dinlənilib, səlahiyyət çərçivəsində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, digər müraciətlərlə bağlı isə müvafiq izahatlar təqdim olunub. Qəbulun sonunda vətəndaş məmnunluğu təmin edilib. Rayon sakinləri ölkədə həyata keçirilən islahatlara, əhalinin sosial rifahının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar