Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu Fotolar

Tarix: 02-03-2026 14:17     Baxış: 1 358

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalarla tanış olub.

Mubarizciler.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə avtomobil zavodunda istehsal edilən bu texnikalar ölkəmizin müxtəlif şəhər və rayonlarına göndəriləcək.

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev layihə barədə dövlətimizin başçısına məlumat veriblər.

Bildirilib ki, ümumilikdə layihə çərçivəsində hər birinin tutumu 22 kubmetr olan 70 kommunal texnika istehsal edilib. Kommunal texnikanın iki toplantı meydançasından - Bakı şəhərində Ekspo Mərkəzinin qarşısından və Gəncə şəhərində avtomobil zavodunun həyətindən Azərbaycanın 58 şəhər və rayonuna göndərilməsi nəzərdə tutulur.

Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrimizin inkişafı, orada müasir sosial infrastrukturun, o cümlədən parkların, yaşıllıq və meşə zolaqlarının yaradılması və bununla da ümumilikdə ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına yönəlmiş layihələr ardıcıl şəkildə davam etdirilir. Bu baxımdan məişət tullantıları daşıyan texnikaların şəhər və rayonlarımıza göndərilməsi bir neçə vacib amili özündə birləşdirir.

Belə ki, bu, ilk növbədə regionlarda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına töhfə verəcək. Beləliklə, müasir yeni texnikalar məişət tullantılarının vaxtında və səmərəli daşınmasını, yaşayış məntəqələrində təmizlik işlərinin daha keyfiyyətli aparılmasını təmin edəcək. Bununla yanaşı, layihə ətraf mühitin mühafizəsi baxımından da mühüm rol oynayır. Layihənin daha bir mühüm məqamı odur ki, bu texnikalar yerli istehsaldır. Ümumilikdə, indiyədək Gəncə avtomobil zavodunda çox sayda traktor, kombayn, digər kənd təsərrüfatı texnikası, minik və yük avtomobili və sair texnika istehsal olunub.

Qeyd edək ki, Gəncə avtomobil zavodunun əsası 1986-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. 2004-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə bu istehsal müəssisəsi fəaliyyətə başlayıb. Hazırda zavodda 500-ə yaxın işçi çalışır.















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar