Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboyda ,“Səhnədən Gənclərə Mesaj” adlı forum teatr keçirilib Fotolar

Tarix: 02-03-2026 13:50     Baxış: 1 134

Goranboyda, narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində, “Səhnədən Gənclərə Mesaj” adlı forum teatr keçirildi.

Goranboy rayon İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun, Goranboy Gənclər evinin, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon nümayəndəliyinin birgə təşkilatçılığı və Med Life Hospitalın dəstəyi ilə narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində “Səhnədən Gənclərə Mesaj” adlı forum teatr keçirildi. 

Mubarizciler.az xəbər verir ki, tədbirdə çıxış edən natiqlər narkomaniyanın yaratdığı təhlükələrdən bəhs edərək gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi seçməyə və düzgün qərarlar verməyə çağırdılar. 

Hər bir gəncin gələcəyi onun bu gün etdiyi seçimlərdən asılı olduğu vurğulandı. Forum teatrda narkotik asılılığının insan həyatına, ailəyə və cəmiyyətə mənfi təsirlərini əks etdirən səhnəciklər təqdim edildi. İnteraktiv formatda təşkil olunmuş tədbirdə gənclər səhnədə baş verən hadisələrə münasibət bildirdilər və düzgün seçim etməyin vacibliyi ətrafında müzakirələr apardılar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar